...

EY şirkəti ilin ən yaxşı enerji məsləhətçisi adını qazandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 17:18 (UTC +04:00)

Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, Petroleum Economist tərəfindən keçirilən seçməyə görə EY şirkəti Enerji sahəsində ilin ən yaxşı məsləhətçisı adını qazanmıdşdır.

Çərşənbə gününün axşamı Petroleum Economist tərəfindən EY şirkətinin Enerji sahəsində ilin ən yaxşı məsləhətçisı adlandırılması təntənəli qeyd edildi. Hər il keçirilən mükafatlandırma tədbiri yenilikçilik və orijinallıq nümunələrinin müəyyən edilməsi və tanınmasına, güclü biznes təcrübəsinə, ətraf mühitin və işçilərin sağlamlığının qorunması istiqamətində göstərilən səylərə xüsusi diqqət yetirir.

"Petroleum Economist tərəfindən tanınmağımız bizim üçün böyük şərəfdir və bu fakt EY şirkətinin üstün müştəri xidmətlərini təmin etmək öhdəliyini nümayiş etdirən bütün neft və qaz komandası üçün fantastik nailiyyətdir. Bütün dünyada strateji baxımdan əlverişli şəkildə yerləşdirilmiş 10.000-dən çox neft və qaz peşəkarlarını birləşdirən şəbəkəmizdən faydalanaraq biz müştərilərimizə dəyişən normativ mühit şəraitində irəliləməkdə, riskləri idarə etməkdə və fəaliyyət nəticələrini optimallaşdırmaqda kömək etməyə davam edirik" Qlobal neft və qaz lideri Deyl Niyoka belə demişdir.

Petroleum Economist mükafatı beynəlxalq enerji sənayesini təmsil edən və aşağıdakıları daxil edən müstəqil ekspertlər şurası tərəfindən təltif edilmişdir: Abdalla El-Badri, Baş katib, OPEC; Lord Cullen, Whitekirk, KT; Torstein Indrebø, Baş katib, Beynəlxalq Qaz Birliyi və Lord Con Braun, Baron Braun Madingley, keçmiş Baş direktor, BP.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümüdür. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti