...

Əfqanıstan və Qazaxıstan Bakı-Tbilisi-Qars layihəsinə qoşulmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 12:42 (UTC +04:00)
Əfqanıstan və Qazaxıstan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti layihəsinə qoşulmağa maraq göstərirlər.
Əfqanıstan və Qazaxıstan Bakı-Tbilisi-Qars layihəsinə qoşulmağa hazırdır

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Əfqanıstan və Qazaxıstan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti layihəsinə qoşulmağa maraq göstərirlər. Trend xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə maraqlanan ölkələrə BTQ layihəsinə qoşulmağı təklif edib: "Bu gün Əfqanıstan tərəfi layihədə iştirak etmək arzusunu bildirib, eləcə də Qazaxıstan layihəyə maraq göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti