Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Bu gün Bakıda Bank VTB ASC-nin Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Trend-ə verilən məlumata görə, Bakıda keçirilən iclas Bank VTB ASC-nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclasdır.
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.
İclasda bankın fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.