...

SMS-xəbərdarlıq ASB-də pulsuzdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Müştərilərini daim diqqət mərkəzində saxlayan "Azərbaycan Sənaye Bankı" SMS-xəbərdarlıq xidmətini müştərilərinə tam ödənişsiz olaraq təqdim etməkdədir.

Müştərilər bu xidmətə qoşulmaqla rahat məlumatlandırma sistemi ilə yanaşı, hesablarının təhlükəsizliyini təmin etmiş olacaqlar. Belə ki, SMS-xəbərdarlıq xidməti dünyanın istənilən nöqtəsində, sutkanın 24 saatı ərzində real zaman rejimində plastik kart hesabında vəsaitin hərəkətinə nəzarət etmək və vəsaitinizi kart vasitələrinin sanksiyalaşdırılmamış istifadəsindən müdafiə etməyə imkan verəcək.

Bankın plastik kartları ilə bütün bankomat və POS-terminallarda, o cümlədən internetdə etdiyiniz hər bir əməliyyat haqqında müştərinin mobil telefon nömrəsinə SMS-məlumat göndəriləcək. Digər mühüm məqam isə kart itirildiyi halda həmin saniyə telefona gələn SMS kartın harada istifadə edildiyini və nə qədər məbləğ çəkildiyini bildirəcək. Belə olan halda isə kart sahibi itkilərin qarşısını almaq üçün kartı dərhal bloklaşdıra biləcək.

"Azərbaycan Sənaye Bankı"nda SMS-xəbərdarlıq xidmətinə qoşulmaq tamamilə pulsuzdur. Xidmətə qoşulmaq üçün şəhər telefonlarından və bütün operatorlardan 137 nömrəsinə zəng etmək və ya [email protected] ünvanına müraciət etmək kifayətdir.

"Azərbaycan Sənaye Bankı" müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşidləndirməyə və artırmağa davam edəcək.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildən fəaliyyətə başlayıb. 30 iyun 2014-cü il tarixinə bankın məcmu kapitalının həcmi 64,99 milyon manat təşkil edib.

Bankın digər xidmətləri haqqında www.asb.az ünvanından ətraflı məlumat alına bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti