...

Peter Siyarto əlaqələri genişləndirmək üçün böyük potensialın olduğu sahələri açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2014 20:12 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Peter Siyarto əlaqələri genişləndirmək üçün böyük potensialın olduğu sahələri açıqladı

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev xarici işlər və ticarət naziri vəzifəsinə təyin olunması münasibətilə P.Siyartonu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanın iqtisadiyyat və sənaye naziri ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb: "Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında iqtisadi sahə də daxil olmaqla, müxtəlif sahələr üzrə bir sıra sənədlər imzalanıb, 2014-cü ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi artıb. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir".

Ş.Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Macarıstana rəsmi səfər edəcəyini, səfər çərçivəsində iş adamları arasında biznes forumun keçiriləcəyini, yüksək səviyyəli səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni impuls verəcəyini vurğulayıb.

Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla bir sıra sahələrdə uğurlu əməkdaşlığını diqqətə çatdırıb. P.Siyarto əczaçılıq, heyvandarlıq, su təsərrüfatı və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişafı imkanları, ticarət əlaqələrinin genişləndirilməsi, ekoloji layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti