...

Aşqabadda iri nəqliyyat dəhlizi layihəsinin müzakirəsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2014 11:20 (UTC +04:00)
Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə tranzit nəqliyyat dəhlizi layihəsinin müzakirəsi üzrə beştərəfli görüş keçirilib.
Aşqabadda iri nəqliyyat dəhlizi layihəsinin müzakirəsi keçirilib

Türkmənistan, Aşqabad, 17 noyabr /Trend, müxbir Hüseyn Həsənov/

Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə tranzit nəqliyyat dəhlizi layihəsinin müzakirəsi üzrə beştərəfli görüş keçirilib. Trend xəbər verir ki, bu barədə rəsmi Aşqabadın bazar ertəsi yaydığı məlumatda deyilir.

Görüşdə iştirakçı ölkələrin nümayəndə heyətləri layihə iştirakçısı olan ölkələrin və ümumilikdə region dövlətlərinin dünya bazarlarına çıxışı üçün yeni imkanların təmin olunmasına yönəlmiş layihənin əhəmiyyətini vurğulayıblar.

Layihə Avrasiya məkanında ticari-iqtisadi əlaqələrin inkişafını və fəallaşmasını da nəzərdə tutur.

Məlumatda göstərildiyi kimi, görüşdə habelə göstərilən nəqliyyat-tranzit dəhlizinin Əfqanıstanın sosial-iqtisadi dirçəlişinə, onun regional və beynəlxalq infrastruktur layihələrinə qoşulmasına yardım edəcəyi də qeyd olunub.

Layihənin iştirakçısı olan ölkələrin ekspertləri hesab edirlər ki, bu, vaxtında göstərilmiş təşəbbüsdür. Bu təşəbbüs ümumi ticarət həcmlərinin genişləndirilməsi və yüklərin tranzit xərclərinin azaldılması hesabına regionun hər bir ölkəsinin gələcək inkişafına və çiçəklənməsinə yardım edəcək.

Məlumatda o da bildirilir ki, danışıqlar zamanı tərəflər bərabərlik, qarşılıqlı faydalı əməkdaşlıq və hörmət prinsipləri əsasında ümumi maraqlara cavab verən siyasi, ticari-iqtisadi və humanitar sahələrdə məhsuldar əməkdaşlığın dərinləşməsi üzrə bu ölkələrin gələcək fəaliyyəti məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Türkmənistan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə qoşulmağa marağını ifadə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti