...

Ərəblər "Bakı Ağ Şəhər"də olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 19:31 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün 18-də “Bakı Ağ Şəhər”də olub.
Ərəblər "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün 18-də "Bakı Ağ Şəhər"də olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Bakı Ağ Şəhər" layihəsi barədə BƏƏ nümayəndə heyətinə ətraflı məlumat verilib, layihənin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı" çərçivəsində həyata keçirildiyi, dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, keçmişdə "Qara şəhər" kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq, hazırda beynəlxalq səviyyədə müasir və böyük yaşayış mərkəzi yaradılır, inzibati və kommersiya obyektləri, istirahət və turizm mərkəzləri tikilir, dənizkənarı bulvarın davamı salınır.

BƏƏ nümayəndə heyəti "Bakı Ağ Şəhər"də aparılan işlər, landşaft dizaynı və s. ilə tanış oldu. "Bakı Ağ Şəhər" layihəsinə investisiya qoyulması imkanları qonaqların diqqətinə çatdırıldı, layihə barədə videoçarx nümayiş olundu.

BƏƏ nümayəndə heyəti tərəfindən layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti