...

Elman Rüstəmov: Gələn il ipoteka ilə bağlı xeyli iş görüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2014 16:00 (UTC +04:00)
Növbəti illər, o cümlədən 2015-ci ildə ipoteka kreditlərinin verilməsi üçün vəsaitlərin həcmini xeyli artırmaq planlaşdırılır.
Elman Rüstəmov: Gələn il ipoteka ilə bağlı xeyli iş görüləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbirlər Elçin Mehdiyev, Azad Həsənli/

Növbəti illər, o cümlədən 2015-ci ildə ipoteka kreditlərinin verilməsi üçün vəsaitlərin həcmini xeyli artırmaq planlaşdırılır. Trend-in məlumatına görə, bunu cümə axşamı Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, son 20 ildə ölkədə əhalinin baza tələbatlarını - ərzaq təhlükəsizliyi, geyimə tələbat və mənzil məsələlərinin həlli - qarşılamaq üzrə böyük işlər görülüb.

E.Rüstəmov qeyd edib ki, ilk iki məsələ üzrə ciddi işlər görülüb: "Mənzil məsələsinə gəlincə, bu istiqamətdə də böyük işlər aparılır, lakin Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə əsasən, Azərbaycanda ipotekaya ilkin tələbat 6 milyard dollardır və bu tələbatı qarşılamaq üçün ciddi maliyyə resursları lazımdır".

AMB sədri vurğulayıb ki, Azərbaycan hökumətinin ciddi maliyyə resursları var və növbəti illər, o cümlədən 2015-ci ildə ipotekanın maliyyələşdirilməsinin həcmini xeyli artırmaq planlaşdırılır: "Azərbaycanda ipoteka kreditləşməsinin mexanizminə yenidən baxılması üzrə ardıcıl işlər görüləcək və "Tikinti-əmanət bankları haqqında" qanun layihəsi hazırlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti