...

Azərbaycana heyvanlardakı ölümcül virus əleyhinə dərmanlar gətiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2014 11:37 (UTC +04:00)
Azərbaycanda iribuynuzlu heyvanlar arasında qeydə alınan “Nodulyar dermatit” virus xəstəliyi ilə əlaqədar vəziyyət nisbətən stabilləşib.
Azərbaycana heyvanlardakı ölümcül virus əleyhinə dərmanlar gətiriləcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda iribuynuzlu heyvanlar arasında qeydə alınan "Nodulyar dermatit" virus xəstəliyi ilə əlaqədar vəziyyət nisbətən stabilləşib.

Trend El TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov deyib.

Onun sözlərinə görə, hava şəraitinin soyuması ilə əlaqədar ağcaqanadlar hərəkətsizləşib. Bunun nəticəsində də heyvanlar arasında yeni xəstəlik halları aşkarlanmayıb.

K.Əsədov bildirib ki, hazırda "Nodulyar dermatit" virus xəstəliyinə qarşı vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində tədbirlər həyata keçirilir: "Yəqin ki, gələn il peyvəndin alınıb tətbiq edilməsinə nail ola biləcəyik".

Xatırladaq ki, bu il Azərbaycanın bir sıra rayonlarında "Nodulyar Dermatit" virus xəstəliyinə yoluxan xeyli sayda iribuynuzlu heyvan tələf olub. İlk dəfə Afrika ölkərində qeydə alınan xəstəliyə 2013-2014-cü illərdə Türkiyə və İranda rast gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti