...

Azərbaycan Beynəlxalq Bankının müştərilərinin sayı artmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 14:02 (UTC +04:00)
2014-cü ilin on ayı ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) fiziki şəxs olan müştərilərinin sayı 58 679 nəfər artıb.
Azərbaycan Beynəlxalq Bankının müştərilərinin sayı artmaqda davam edir

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

2014-cü ilin on ayı ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) fiziki şəxs olan müştərilərinin sayı 58 679 nəfər artıb.

ABB-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, həmçinin bu il 350 müəssisə və şirkət ABB-nin müştərisi olub.

1 noyabr 2014-cü il tarixinə ABB-nin müştəri bazası 14 157 hüquqi şəxs və 920 411 fiziki şəxsdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti