Azərbaycan, Bakı, 15 dekabr /Trend/
"Expressbank" "28 Mall" ticarət mərkəzində "Instagram" və "facebook" istifadəçiləri arasında "Gülə-gülə Yeni ilə" adlı fotomüsabiqə keçirir.
Müsabiqənin şərtlərinə görə, 13 yanvar 2015-ci il tarixinədək iştirakçılar "28 Mall" ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi "Instagram" səhifələrinə yerləşdirməlidirlər.
Müsabiqə zamanı çəkilən ən kreativ və maraqlı 10 şəkil Expressbank-ın "facebook" səhifəsində yerləşdiriləcək və "like"lar vasitəsilə səsvermə keçiriləcək. 26 yanvar 2015-ci ildə yekunlaşan müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq.
Digər 7 iştirakçıya isə "Expressbank" adından korporativ hədiyyələr veriləcək.
Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 120-dək ExpressPay ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.