...

"PAŞA Həyat" bədbəxt hadisə üzrə 26 min manat həcmində sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 12:30 (UTC +04:00)
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat" bədbəxt hadisə üzrə 26 min manat həcmində sığorta ödənişi verib

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, tikinti işləri ilə məşğul olan şirkətlərin birində çalışan işçi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası" tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 26,123 min manat həcmində sığorta ödənişi verilib.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" şirkəti tərəfindən cari ilin yanvar ayından indiyədək 2,736 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib ki, bunun da 63%-i, yəni 1,732 mln. manatı istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növünün payına düşüb.

"PAŞA Holding" şirkətlər qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti