...

Expressbank-ın bütün bank kartları 3D Secure sisteminə qoşulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2014 12:50 (UTC +04:00)
Expressbank-ın bütün bank kartları İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə 3D Secure xidmətinə qoşulur.
Expressbank-ın bütün bank kartları 3D Secure sisteminə qoşulur

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Expressbank-ın bütün bank kartları İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə 3D Secure xidmətinə qoşulur. Bu xidmət həm Visa, həm də MasterCard plastik kartlarına şamil olunur.

Trend bankın çərşənbə günü yaydığı məlumata istinadən xəbər verir ki, internet vasitəsilə hər dəfə onlayn əməliyyat edən zaman kart sahibinə SMS vasitəsilə yeni şifrə təqdim olunur. Bu 6 rəqəmli şifrə qeyd olunmadıqda, onlayn ödəmə həyata keçmir.

Expressbank müştərilərə 6 AZN-dən başlayaraq Visa və MasterCard kartlarını təqdim edir. Hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti