Şahin Mustafayev Azərbaycanın iqtisadi durumunu təhlil etdi

Şahin Mustafayev Azərbaycanın iqtisadi durumunu təhlil etdi

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Təsadüfi deyil ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 75 faizə yüksəlmişdir". Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatmışdır: "Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır.

Bununla yanaşı, apardığınız sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, tranzit potensialının reallaşdırılması və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı yüksəlməsini təmin etmişdir.

Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir. Təsadüfi deyil ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir".

Ş.Mustafayev bildirib ki, ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da, yuxarıda qeyd olunduğu kimi, qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur: "Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olmuş, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatmışdır.

Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır.

Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artmışdır.

Ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil etmişdir. Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilmiş, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilmişdir.

Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir".

Nazirin sözlərinə görə, 2014-cü il sənayenin inkişafında mühüm mərhələ olmuşdur: "Əsrin müqaviləsi"nin 20-ci ildönümündə Avropanın ən iri infrastruktur layihəsi olan "Cənub" qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmışdır və uzun illər xalqımızın mənafeyinə xidmət edəcəkdir.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Belə ki, 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Son illərdə sənayenin inkişafı nəticəsində bir sıra məhsullar, o cümlədən sement, gips, hörgü blokları, metal konstruksiya, boya və sair məhsullar üzrə istehsal gücləri daxili tələbatı ödəməyə imkan verir.

"Azərbaycan Polad İstehsalı Kompleksi" Səhmdar Cəmiyyəti formalaşdırılmış, "Daşkəsənfilizsaflaşdırma" müəssisəsinin fasiləsiz fəaliyyəti təmin edilmişdir.

Cənab Prezident tərəfindən sənayenin inkişafının yeni mərhələsi kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri davam etdirilir. Artıq Parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanmış, hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalının təşkili işləri aparılır.

Balaxanı Sənaye Parkında da xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək 3 müəssisənin fəaliyyətinin təşkili istiqamətində işlər aparılır.

Ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilmiş, qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda İnvestisiya Şirkəti tərəfindən işlərə başlanılması məqsədilə ölkənin müxtəlif bölgələrində sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır".

Ş.Mustafayev qeyd edib ki, ötən ilin sonlarında cənab Prezident tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" sözsüz ki, qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcəkdir: "Azərbaycanın ilk telekommunikasiya peykinin xidmətlərinin genişləndirilməsi, aşağı orbitli müşahidə peykinin orbitə çıxarılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi, yüksək texnologiyalar parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görülməsi bu sahədə yeni imkanlar yaratmışdır.

Möhtərəm cənab Prezident, ötən il də regionlara mütəmadi səfərləriniz, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakınız, verdiyiniz tapşırıq və tövsiyələr regionların, eləcə də Bakı qəsəbələrinin inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 530-dan artıq müəssisənin tikintisi davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.

2014-cü ildə aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilmiş, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

Tapşırığınıza uyğun olaraq, son illərdə görülmüş tədbirlər nəticəsində ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edir. Şəmkirçay dəryaçasının istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına geniş imkanlar yaradır. Ötən il Sizin iştirakınızla Şəmkirdə təməli qoyulmuş özəl pilot aqroparkında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi və hazır malların satış üçün ölkə bazarlarına çıxarılması və ixrac edilməsi zəncirinin təşkili nəzərdə tutulur.

Samur-Abşeron suvarma sistemi hesabına isə Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır.

Aqrar sektorda son illər görülən işlər ötən ilin 11 ayında meyvə ixracının 12,5 faiz, tərəvəz ixracının 28,6 faiz artırılmasına imkan vermişdir.

"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanınıza uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.

2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq onlara kredit almaq imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir".

Nazir vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, ötən il də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatmışdır: "Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmişdir.

Məşğulluq səviyyəsi artmış, 123 mindən çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enmişdir.

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ölkənin sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir".

Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
"WhatsApp"da yeni funksiya işə salınıb
"WhatsApp"da yeni funksiya işə salınıb
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Loading Bars
Xəbər lenti
Sədri Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Türkiyədə hərbi helikopterin qəzasında ölənlərin sayı 10 nəfərə çatıb
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Bütün xəbərlər