...

Nyu York-Bakı reysini təxirə salmaq planlaşdırılmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2015 17:11 (UTC +04:00)
Hazırda ABŞ-dan Bakı vaxtı ilə saat 20:30-da uçmalı olan Nyu York-Bakı aviareysinin təxirə salınması barədə məlumat daxil olmayıb.
Nyu York-Bakı reysini təxirə salmaq planlaşdırılmır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Emil İsmayılov/

Hazırda ABŞ-dan Bakı vaxtı ilə saat 20:30-da uçmalı olan Nyu York-Bakı aviareysinin təxirə salınması barədə məlumat daxil olmayıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından ABŞ-ın şərq sahillərinə yaxınlaşan güclü qar çovğunu ilə əlaqədar 3,5 mindən artıq aviareysin təxirə salınması ilə bağlı məsələni şərh edərkən bildiriblər.

Aeroportdan deyildiyi kimi, Bakıdan ABŞ-a təyyarə yerli vaxtla saat 06:00-da uçub Nyu Yorka 09:30-da (Bakı vaxtı ilə 18:30-da) çatmalıdır. Əks istiqamətdə isə təyyarə bazar ertəsi yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 20:30-da) havaya qalxacaq və çərşənbə axşamı yerli vaxtla saat 08:00-da paytaxtda yerə enəcək.

Hava limanından deyiblər: "Hələlik uçuşun təxirə salınması barədə məlumat verilməyib, hər şey qrafikə uyğun gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti