...

Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2015 16:36 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında bu gün keçirilən görüşdə nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər

Gürcüstan, Tbilisi, 28 yanvar /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında bu gün keçirilən görüşdə nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Gürcüstanın hökumət başçısının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu magistralı layihəsinə xüsusi diqqət ayırıblar.

Bu gün Z.Məmmədov Gürcüstanın iqtisadiyyat naziri ilə birlikdə Kartsaxidə BTQ dəmir yolunun tikintisi layihəsi çərçivəsində sınaq qatarının buraxılışı ilə bağlı rəsmi mərasimdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti