...

"Vaşinqton Tayms": Davosda Azərbaycanın iqtisadi inkişafını və idman uğurlarını qiymətləndiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2015 13:38 (UTC +04:00)
Azərbaycan bu günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda diqqət mərkəzindəki ölkələrdən biri oldu.
"Vaşinqton Tayms": Davosda Azərbaycanın iqtisadi inkişafını və idman uğurlarını qiymətləndiriblər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan bu günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda diqqət mərkəzindəki ölkələrdən biri oldu. Trend xəbər verir ki, bu barədə "Vaşinqton Tayms" qəzetində dərc edilmiş məqalədə deyilir.

Məqalədə bildirilir ki, forumun bir çox yüksək vəzifəli iştirakçıları təkcə Azərbaycanın iqtisadi inkişafının sürətini deyil, həm də ölkədə keçirilən əhəmiyyətli və irimiqyaslı idman tədbirlərini yüksək qiymətləndiriblər.

Materialda qeyd olunur ki, forum çərçivəsində bu ilin iyununda Bakıda tarixdə ilk Avropa Oyunlarının keçirilməsinə görə Azərbaycanın göstərdiyi səylər xüsusi qeyd olunub.

Qəzet Davosda Prezident İlham Əliyevin və gənclər və idman naziri Azad Rəhimovun iştirak etdikləri ilk Avropa Oyunlarının təqdimatı və qala-nahar barədə yazır.

Məqalədə deyildiyi kimi, qala-naharın gedişində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Dünya İqtisadi Forumunun sədri Klaus Şvab Azərbaycan iqtisadiyyatının inkişafını və beynəlxalq arenada onun artan nüfuzunu qeyd ediblər.

P.Hikki qeyd edib: "Bu il Dünya İqtisadi Forumunda "Yeni qlobal kontekst" əsas mövzu oldu. Bu mövzu 2015-ci ildə dünya idmanının uğurlarının inikasıdır. İlk Avropa Oyunlarının keçirilməsi ilə Avropada idman yeni məna kəsb edir. Bakı ilk Avropa Oyunlarının fantastik arenasına çevriləcək. Azərbaycan sürətlə inkişaf edir və zəngin təbii resurslara malikdir".

Məqalədə PHikkinin sözlərinə istinadən deyilir ki, Avropanın idman ailəsinin üzvünə çevrilən Azərbaycanda bu sahə xüsusi yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti