...

"Azər-Türk Bank"dan yeni əmanət məhsulu

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 17:08 (UTC +04:00)
Bank tərəfindən “Silver” adlı yeni əmanət növü təqdim edilərək geniş təbliğat aparılmadan bankın internet resurslarında, o cümlədən sosial şəbəkələrdə olan səhifəsində bu barədə reklam xarakterli materiallar yerləşdirilib.
"Azər-Türk Bank"dan yeni əmanət məhsulu

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Azər-Türk Bank" yeni əmanət məhsulunu təqdim edib.

Trend-ə daxil olan məlumata görə, ötən il ərzində səhmdarları və rəhbərliyi dəyişən "Azər-Türk Bank" bu dəyişikliklərdən sonra ilk dəfə bazara yeni məhsulla çıxıb.

Bank tərəfindən "Silver" adlı yeni əmanət növü təqdim edilərək geniş təbliğat aparılmadan bankın internet resurslarında, o cümlədən sosial şəbəkələrdə olan səhifəsində bu barədə reklam xarakterli materiallar yerləşdirilib.

Belə ki, bank "Silver" əmanətini 12 aya illik 5%, 24 aya illik 7%, 36 aya illik 8%-lə təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti