...

"Schneider Electric" elm adamları üçün avtomatlaşdırma üzrə seminar keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 20:02 (UTC +04:00)
Sumqayıt Dövlət Universiteti texniki elmlər sahəsində ixtisaslaşmış yerli elm adamları üçün "Schneider Electric"in avtomatlaşdırma, müasir texnologiya və problemlərə həsr olunmuş seminara sponsorluq etdiyi bir məkana çevrilib.
"Schneider Electric" elm adamları üçün avtomatlaşdırma üzrə seminar keçirib (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Sumqayıt Dövlət Universiteti texniki elmlər sahəsində ixtisaslaşmış yerli elm adamları üçün "Schneider Electric"in avtomatlaşdırma, müasir texnologiya və problemlərə həsr olunmuş seminara sponsorluq etdiyi bir məkana çevrilib.

Trend-in məlumatına görə, bu tədbir elm müəssisələrindən 70-dən çox elektrik mütəxəssisləri və özəl biznesləri sənayedə avtomatlaşdırma üzrə bilik və təcrübə mübadiləsi apara bilmələri üçün bir araya gətirib.

Açılış nitqində "Schneider Electric" Azərbaycan üzrə prezidentinin müavini Osman Şahin Azərbaycanın davamlı inkişafını qeyd edərək, məhsuldarlığın artırılması və gələcək nəsillər üçün daha yaxşı iş mühitinin yaradılması üçün müxtəlif sahələrə enerji baxımdan səmərəli texnologiyaların tətbiqinin artan əhəmiyyətini vurğulayıb.

"Schneider Electric"in avtomatlaşdırma üzrə işçi qrupunun rəhbəri Pünhan Seyidov avtomatlaşdırma sahəsində hazırkı çətinlikləri, "Schneider Electric" məhsul və həllərinin əməliyyat iş səmərəliliyini nə cür artırdığını, enerjidən istifadəni daha etibarlı və təhlükəsiz etdiyini ətraflı təsvir edib. Bu təqdimat zamanı sənayedə tətbiq edilən "Schneider Electric" tərəfindən istehsal edilən Harmony XB5R simsiz basmadüymə dəyişdirici açarlar və qəbuledicilər xüsusilə maraq doğurub. Bunun səbəbi isə tədbir iştirakçılarının həmin qurğuların mexaniki enerjini elektrik enerjisinə çevirmə imkanları və habelə məsafədən idarə edilən rabitənin üstünlüklərinə verdiyi önəmlə bağlı idi.

Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Avtomatlaşdırma laboratoriyasının rəhbəri Asif Rzayev nasosla işləyən mühərriklərdə Altivar 71 seriyalı sürəti tənzimlənən ötürücülərin tətbiq edilməsinin üstünlüklərini vurğulayaraq bu cihazlar sayəsində iş səmərəliliyinin 30% yüksəldildiyini əks etdirən son tədqiqat nəticələrini tədbir iştirakçıları ilə paylaşıb.

Sumqayıt Dövlət Universitetinin prorektoru Nadir Kazımov Azərbaycan təhsilinə verdiyi dəstəyə görə "Schneider Electric" şirkətinə öz təşəkkürünü bildirərək Azərbaycanda qlobal enerji şirkətinin bilik və təcrübəsinin tətbiqinin əhəmiyyətini vurğulayıb. SDU-nun rəhbər işçisi universitet ərazisində "Schneider Electric" tərəfindən təchiz edilmiş texniki xidmət emalatxanasının istismara verilməsini enerji idarəetməsi sahəsində bu qlobal mütəxəssislə uğurlu əməkdaşlıq istiqamətində ilk addım olduğunu qeyd edib.

Xidməti emalatxananın rəhbəri Rahib Quliyev müştərilərə satış sonrası xidmət göstərilməsinə dair təklifləri təqdim edərək ilk iş təcrübəsini paylaşıb.

Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə "Schneider Electric" şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard avro məbləğində satış həcminə nail olublar.

www.schneider-electric.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti