...

AccessBank MilliÖn ödəmə terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 11:17 (UTC +04:00)
AccessBank müştərilərinin rahatlığını düşünərək, kreditlərin MilliÖn ödəmə terminalları vasitəsilə ödənilməsi üçün şərait yaradıb.
AccessBank MilliÖn ödəmə terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

AccessBank müştərilərinin rahatlığını düşünərək, kreditlərin MilliÖn ödəmə terminalları vasitəsilə ödənilməsi üçün şərait yaradıb.

Bankdan Trend-ə bildiriblər ki, artıq müştərilər Banka gəlmədən, günün istənilən vaxtı onlara ən yaxın olan MilliÖn ödəmə terminalından kredit ödənişini rahatlıqla həyata keçirə bilərlər. Ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb.

Kredit ödənişini MilliÖn terminallarından Azərbaycan manatı və ABŞ dolları ilə etmək mümkündür. Bunun üçün monitorda göstərilən "Bank xidmətləri"ni seçərək, "AccessBank" bölməsinə keçib müvafiq əməliyyatları həyata keçirmək lazımdır. Ödəniş iş günü ərzində saat 20:00-dək aparılarsa vəsaitlər həmin günün ödənişi kimi qəbul olunur. Saat 20.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş gününün ödənişi kimi qəbul olunur.

Qeyd edək ki, terminal vasitəsilə aparılan kredit ödənişlərinə görə xidmət haqqı tutulmur. Terminalla və ya proseslə bağlı hər hansı sual yaranarsa, AccessBank-ın 151 ümumi zəng mərkəzinə və ya MilliÖn ödəmə sisteminin *0010 müştəri xidmətlərinə zəng etmək kifayətdir.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: (99412) 490 80 10 və ya [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti