Azərbaycan, Bakı, 27 fevral /Trend/
Mikromaliyyələşdirmə sektoruna texniki dəstək proqramının çərçivəsində ölkənin ən böyük banklarından biri olan PAŞA Bank sahibkarlar arasında "Kənd təsərrüfatında mikromaliyyələşdirmənin inkişafı" adlı təlim keçirir. Tədbirin təşkilat dəstəyini Azərbaycanın Mikromaliyyələşdirmə Assosiasiyası göstərir.
Təlim çərçivəsində mütəxəssislər və tədbir iştirakçıları sektorun ölkənin iqtisadiyyatında rolu, kiçik və orta sahibkarlıq subyektlərinin verilmiş sahədə dəstəklənməsi tədbirləri, aktual risklərin təhlilinin aparılması kimi mövzular müzakirə olunacaq. Tədbir iştirakçıları yerli və beynəlxalq aqrobiznes təcrübəsi, biznes-planların hazırlanması metodikası, bankların və sığorta şirkətlərinin təklif etdiyi maliyyə məhsulları və s. ilə tanış olacaqlar.
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.