...

Sahibkarların nəzərinə: Ağsuda prioritet sahələr üzrə investisiya layihələri qəbul edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2015 15:40 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Sahibkarların nəzərinə: Ağsuda prioritet sahələr üzrə investisiya layihələri qəbul edilir

Azərbaycan, Bakı, 20 mart /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Trend nazirliyə istinadən məlumat verir ki, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Ağsu rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- 50 başlıq siidliik istiqamətli miiasir ailə fermer təsərrUfatlannın yaradılması;
- pendir, meyvəqurutma və corab istehsalı mUəssisələrinin yaradılması;
- intensiv bağçılıq və arıçılıq təsərrüfatlannın yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müracıət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti