...

Rusiyadan Azərbaycana yük vaqonlarının ilk hissəsinin tədarük vaxtı açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 15:49 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin 2015-ci ilin martında imzaladığı müqaviləyə əsasən, Rusiyanın "Uralvaqonzavod" ASC-nin yük vaqonlarının müxtəlif modelləriniin ilk hissəsi iki həftədən sonra Azərbaycana gətiriləcək.
Rusiyadan Azərbaycana yük vaqonlarının ilk hissəsinin tədarük vaxtı açıqlandı

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2015-ci ilin martında imzaladığı müqaviləyə əsasən, Rusiyanın "Uralvaqonzavod" ASC-nin yük vaqonlarının müxtəlif modelləriniin ilk hissəsi iki həftədən sonra Azərbaycana gətiriləcək. Bu barədə Trend "i-mash.ru" saytına istinadən məlumat verir.

Məlumata əsasən, müqavilə imzalandıqdan etibarən ASC-nin mütəxəssisləri tərəfindən ilk 600 yük vaqonu və 300 sistern üzrə nömrələr əldə edilib.

"Uralvaqonzavod"un baş direktoru Oleq Sienko bildirib ki, bu sifariş yerinə yetirildikdən sonra ASC "Azərbaycan Dəmir Yolları" QSC-yə vaqon parkının genişləndirilməsi üzrə proqram təklif etməyə hazırdır.

Məlumatda, həmçinin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Elton Məmmədovun ASC-nin işçi kollektivinin ünvanına təşəkkürü yer alıb.

O, qeyd edib ki, "Uralvaqonzavod"un məhsulları maraq doğurur: "Gələcəkdə ASC ilə dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istərdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti