...

"Saxo Bank" maliyyə bazarlarına dair proqnozlarını açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Onlayn aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan "Saxo Bank" bu ilin ikinci rübü üçün maliyyə bazarlarına dair proqnozlarını və ticarət strategiyalarını açıqlayıb.

"Saxo Bank"dan Trend-ə verilən məlumata görə, bankın məlumatına əsasən, "genişləndir və hiylə et" strategiyası artıq işlək olmayacaq, belə ki, 8 il davam edən planlı iqtisadiyyat modeli artıq sınma nöqtəsinə gəlib çatıb.

"Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsenin ikinci rüb üçün dünya iqtisadiyyatı ilə bağlı proqnozları kifayət qədər sərtdir. Yakobsenin fikrinə görə, "genişləndir və hiylə et" strategiyası artıq öz aktuallığını itirir. Uzun zaman ərzində siyasətçilər və mərkəzi banklar tərəfindən maliyyə bazarlarının sıfır faiz dərəcəsi və Kəmiyyət Yumşaldılması siyasəti ilə tənzimlənməsi investorlar üçün daha riskli bir mühit formalaşdırıb.

S.Yakobsen bildirir: "Dünya bazarının hazırki durumu azad ticarət bazarından daha çox 1989-cu ildə Sovet İttifaqında mövcud olan iqtisadi və siyasi quruluşa oxşardır. Nağd pulların real iqtisadiyyata yatırılmasının mümkünsüzlüyü əsas və iqtisadi dilemmanı həll edəcək məsələ olaraq qalır. 2014-cü ildə Avropa Mərkəzi Bankının mənfi faiz dərəcələri ilə bağlı qərar qəbul etməsi dəyişikliyi sürətləndirəcək amillərdən biridir, belə ki, Avropa ölkələrinin borc öhdəlikləri üzrə qiymətli kağızlarının 35%-i mənfi gəlirliliyə malikdir. Əgər siz hər hansı bir şirkət sahibisinizsə və müştərilərinizin iqtisadi durumu sabit deyilsə, o zaman, satış həcmi artımına nail olmanız çox çətindir. Qeyd edək ki, daha çox marjinal xərcə malik kapital cəlb etmədən və 99%-lə müqayisədə 1%-in dəstəklənməsi şəraitində fəaliyyət göstərən iqtisadi sistemdə gəlirlərin sıfır olacağı an qaçılmazdır".

Dünya iqtisadiyyatının bu cür mənzərəsində "Saxo Bank" növbəti rüb üçün maliyyə bazarlarında proqnoz və əsas ticarət ideyalarını açıqlayıb:

Əmtəə

"Son 6 ay ərzində neft qiymətlərinin aşağı düşməsi dünya iqtisadiyyatını silkələyib. Əsas iqtisadi göstəricilərdə 50%-ə yaxın enmə müşahidə olunub ki, bunun nəticəsində qarışıq bir durum yaranacaq", - deyə "Saxo Bank"ın Əmtəə Strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib. Bu cür mühitin olması gələcəkdə bazarlarda, xüsusilə ABŞ-da qiymətlərin yüksəlməsi ilə bağlı gözləntilərə əsaslanaraq ikinci rübdə müəyyən kontanqolara şərait yaradır. İkinci rübdə "qara qızıl"a olan tələb və təklifin tarazlaşdırılması diqqət mərkəzində olan məqamlardandır.

"Saxo Bank"ın qızılla bağlı proqnozuna əsasən, qızılın qiyməti dollardan asılı olaraq qalacaq. ABŞ qiymətli kağızlarının gəlirliliyi və faiz dərəcələrinin artımı ilə bağlı tənzimləmə işlərinin əhəmiyyətli müsbət təsirinin olacağı gözlənilmir.

Ticarət strategiyası 1: Öküzlərin qiymətli metallara təsiri (qiymətli metalların qiymətinin yüksəlməsi)

Ticarət strategiyası 2: WTI markalı neft ilə qısa mövqedə çıxış etmək

Makroiqtisadiyyat

Enerji sektorunda qiymətlərin aşağı düşməsi, avronun dəyər itirməsi və zəif iqtisadi inkişaf göstəriciləri avrozona iqtisadiyyatının 2015-ci ildə 1,5% artacağı gözlənilir. "ABŞ-da bu göstəricinin 3% civarında, Çində isə əvvəlkilərlə müqayisədə daha az - 6,7% səviyyəsində olacağını düşünürəm", - deyə "Saxo Bank"ın Makroiqtisadi Strategiya bölməsinin rəhbəri Mads Koyfoyd bildirib.

"Bu ilin ikinci rübündə bazarda qeyri-sabitlik yaradacaq bir sıra riskli hadisələr gözlənilir. İyunda Yunanıstanın borclar səbəbindən növbəti dəfə çıxılmaz duruma düşəcəyi, ABŞ-ın Açıq Bazar üzrə Federal Komitəsinin 2004-cü ildən etibarən ilk dəfə olaraq faiz dərəcələrini iyun və ya sentyabrda artırması proqnozları buna nümunədir", - deyə Koyfoyd əlavə edib.

Ticarət strategiyası 1: Avropa Mərkəzi Bankının Kəmiyyət Yumşaldılması siyasəti fonunda Avropanın yüksək gəlirli korporativ qiymətli kağızları ilə uzun mövqedə çıxış etmək

Ticarət strategiyası 2: Açıq Bazar üzrə Federal Komitənin faiz dərəcəsi ilə bağlı qərarının yubanması fonunda uzunmüddətli ABŞ xəzinə qiymətli kağızlarını almaq

Foreks

"Saxo Bank"ın Valyuta strategiyaları şöbəsinin rəhbəri Con Hardinin fikrinə əsasən, bu ilin ikinci rübündə valyuta bazarında Yeni Zelandiya dollarının möhkəmlənməsi və İsveç kronunun zəifləməsi investorlar üçün əlverişli imkan yaradacaq. Bundan başqa, ABŞ dollarının növbəti rübdə də möhkəmlənəcəyi gözlənilir, lakin qeyd edək ki, bu proses son 6 aydakına nisbətən daha zəif sürətlə davam edəcək. İngilis funt sterlinqinin mayda keçiriləcək seçkilərlə bağlı təzyiqə məruz qalma ehtimalı var.

Ticarət strategiyası 1: Yeni Zelandiya dollarının Avstraliya və ABŞ dollarına qarşı qısa mövqedə ticarəti

Ticarət strategiyası 2: İngilis funt sterlinqi və İsveç kronu sövdələşməsi üzrə qısa mövqedə çıxış etmək

Səhmlər

"Saxo Bank"ın Fond bazarları bölməsinin rəhbəri Piter Qarnrinin fikrincə, Avropaya yenidən kapital axını baş verəcək. Belə ki, səhmlərin qiymətinin ilin əvvəlindən 14%-dək artması cari ilin Avropa bazarları üçün 1995-ci ildən etibarən ən yaxşı start olacağını vəd edir. Pul-kredit siyasətinin hazırki trayektoriyasında və dirçəlməkdə olan makroiqtisadi şəraitdə ən gəlirli aktivlərdən biri 20%-dək artımın müşahidə olunduğu daşınmaz əmlak sektorudur: "Bütün bu faktorların təsiri nəticəsində cari il ərzində 2013-cü ildə ABŞ səhm bazarlarının 32%-lik artımı dejavüsünün şahidi ola bilərik. Başqa sözlə desək, ilin əvvəlindəki artımdan əlavə Avropa səhmlərinin daha 15% yüksəlməsi mümkündür".

Ticarət strategiyası 1: Uzun mövqedə çıxış edərək "Airbus" şirkətinin səhmlərinin alınması

Ticarət strategiyası 2: Uzun mövqedə Kolumbiyanın "Global X MSCI Colombia 20 ETF" indeksi altında sövdələşmə həyata keçirmək.

"Saxo Bank"ın mütəxəssislərinin 2015-ci ilin ikinci rübünə dair fikirləri və proqnozları haqda daha ətraflı məlumat əldə etmək üçün linkdən istifadə edin: http://ru.saxobank.com/campaigns/essential-trades/2015-q2

"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş " SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti