...

Expressbank müştərilərini mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2015 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "Hədiyyəli pul köçürmələri" adlı aksiya keçirir. Aksiyanın növbəti qalibləri müəyyən olunub.

Expressbank-dan Trend-ə verilən məlumata görə, bankın Qaradağ və Qusar filiallarının müştəriləri planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə, Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır. Aksiya 31 may 2015-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti