...

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi sığorta xidmətlərinin bahalaşmasına səbəb olub?

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2015 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Azad Həsənli/

Manatın məzənnəsinin dəyişməsi Azərbaycanda sığorta xidmətlərinin bahalaşmasına səbəb olmadı. Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

Onun sözlərinə görə, devalvasiya ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə sabitliyinə təsir etmədi: "Öhdəliklər, sığorta ehtiyatları, aktivlər, eləcə də sığorta şirkətlərinin apardığı ödənişlər manatla həyata keçirilir. Buna görə də manatın məzənnəsinin dəyişməsi sığorta şirkətləri üçün risklər yaratmadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti