Azərbaycan, Bakı, 10 aprel /Trend/
Hesab.az portalının istifadəçiləri artıq ödəmələrini daha rahat, vaxt itirmədən və həm də tam təhlükəsiz şəkildə həyata keçirə biləcəklər. Trend-ə verilən məlumata görə, portalda yeni "kartların yadda saxlanılması" funksiyası istifadəçilərin istifadəsinə verilib. Bu yeni funksiya istifadəçilərə kartlarını təhlükəsiz şəkildə portalda bir dəfə qeydiyyata almağa və hər dəfə kart bilgilərini daxil etmədən ödəməyə imkan yaradır.
Bu yeni xidmət GoldenPay şirkətinin Millikart prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilir. Millikart prosesinq mərkəzi Azərbaycanda PCI DSS təhlükəsizlik standartlarına cavab verən ilk prosesinq mərkəzidir. Bu standardlar mərkəzə istənilən bankın kartlarını yadda saxlamağa imkan verir. Standartlar isə Visa və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilib. Kartlar Hesab.az portalında qeydiyyata alınsa da Millikart prosesinq mərkəzində saxlanılır. Bundan əlavə başqa məntiqi təhlükəsizlik mərhələləri də var ki, bu da istifadəçinin profilini daha da qoruyur.
160 mindən çox qeydiyyatlı istifadəçisi olan Hesab.az portalının təsisçisi və icraçı direktoru Fərid İsmayılzadənin sözlərinə görə, "Təhlükəsizlik və istifadəçilərin rahatlığı bizim üçün ən prioritet məsələlərdir: "Kart məlumatlarını yadda saxlamaq funksiyasını biz daha əvvəllər də aktivləşdirə bilərdik, lakin təhlükəsizlik məsələsinə görə gecikirdik. Millikart vasitəsilə bu məsələni yüksək səviyyədə həll etdikdən sonra istifadəçilərimiz əminliklə plastik kartlarını yaddaşda saxlayıb istənilən vaxt ödəniş edə biləcəklər. Həmçinin Google şirkətinin təhlükəsizlik məqsədilə istifadə etdiyi 2 Addımlı Doğrulama funksiyasından istifadə edərək, şəxsi hesabınıza kənar daxilolmaları sıfıra endirə bilərlər. Bütün bunlar hal-hazırda dünyada tətbiq edilən ən yüksək təhlükəsizlik standartlarıdır".
Hesab.az haqqında
Hesab.az GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, kabel televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişi etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 milyon manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın Android və Windows platformalarında tətbiqləri də mövcuddur.