...

Fazil Məmmədov: Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi...

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2015 00:15 (UTC +04:00)
“Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf kursunun, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi ilə 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir”.
Fazil Məmmədov: Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi...

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf kursunun, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi ilə 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir".

Trend-in məlumatına görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı vergilər naziri Fazil Məmmədov deyib.

Nazirin sözlərinə görə, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir: "Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur".

Fazil Məmmədov ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti