...

"Azərbaycan onlayn turizmi inkişaf etdirməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2015 20:00 (UTC +04:00)
Hazırda Azərbaycan sakinləri internetdən aktiv istifadə edirlər, buna görə də ölkənin turizm şirkətləri bu sahədə onlayn xidmət göstərməyə başlamalıdır.
"Azərbaycan onlayn turizmi inkişaf etdirməlidir"

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Hazırda Azərbaycan sakinləri internetdən aktiv istifadə edirlər, buna görə də ölkənin turizm şirkətləri bu sahədə onlayn xidmət göstərməyə başlamalıdır. Bu, çətinlik törətməyəcək, çünki Azərbaycanda turizm agentliklərinin əksəriyyətinin öz saytı var. Bunu Trend-ə Rusiyanın "Ostrovok" turizm şirkətinin hotellərlə iş üzrə vitse-prezidenti Endryu Payner deyib.

Şirkət turizm sahəsində onlayn xidmət göstərilməsi ilə məşğul olur.

Onun sözlərinə görə, Azərbaycanda hazırda əhalinin 70 faizindən çoxu internetdən aktiv istifadə edir: "Azərbaycanda onlayn turizm xidmətləri mehmanxana nömrələrinin bronlaşdırılması ilə məhdudlaşır və bu xidmətlər yerli saytlar tərəfindən göstərilir. Bu, böyük turizm potensialına malik region üçün qəbuledilməzdir".

E.Payner bildirib ki, müxtəlif turizm sərgiləri, konfrans və forumların keçirilməsi onlayn xidmət göstərən xarici şirkətlərlə faydalı əlaqələrin qurulmasında və onlayn turizm sahəsinin inkişafında Azərbaycanın turizm agentliklərinə kömək göstərməlidir: "Daha çox turistin Azərbaycanla tanış ola bilməsi məqsədilə səfər edənlər üçün viza rejimini sadələşdirmək və aviabiletlərin yüksək qiymət problemini həll etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti