...

Azərbaycan Beynəlxalq Bankı elektron ticarətin inkişafında liderdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2015 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə 2014-cü ilin yekunlarına görə "Elektron ticarətin inkişafında lider bank" nominasiyası üzrə 1-ci, "Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank" nominasiyası üzrə 2-ci yerə layiq görülüb.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti