...

Azərbaycan Beynəlxalq Aktuarlar Assosiasiyasına üzv olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 14:35 (UTC +04:00)
Azərbaycan Aktuarlar Assosiasiyası (AKS) Beynəlxalq Aktuarlar Assosiasiyasının (IAA) bərabərhüquqlu üzvü olmağı planlaşdırır.
Azərbaycan Beynəlxalq Aktuarlar Assosiasiyasına üzv olur

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Aktuarlar Assosiasiyası (AAA) Beynəlxalq Aktuarlar Assosiasiyasının (BAA) bərabərhüquqlu üzvü olmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov aktuar şəhadətnamələrinin verilməsi mərasimində deyib.

Onun sözlərinə əsasən, sentyabrın 28-29-da Bakıda BAA-nın Avrasiya və Yaxın Şərq üzrə komitəsinin iclası keçiriləcək.

Mərasimdə bu sahənin yüzə yaxın əcnəbi ekspert və mütəxəssisi iştirak edəcək.

N.Xəlilov qeyd edib ki, Azərbaycanda aktuar peşəsinə maraq artıb və xüsusilə ölkədə özəl və investisiya fondları yaradıldıqdan sonra daha da artacaq: "Aktuarların hazırlanmasına 2008-ci ildə başlanılıb və əgər daha əvvəl beynəlxalq təcrübə və kadrlardan istifadə edirdiksə, hazırda bu sahədə yerli mütəxəssislər işləyirlər".

Qeyd edək ki, bu gün Bakıda ixtisaslaşdırılmış kurslardan keçmiş aktuarlar üçün şəhadətnamələrin verilməsi mərasimi keçirilib. Kurslarda təqribən 60 nəfər iştirak edib, lakin onlardan 27-si təlimi uğurla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti