Azərbaycan, Bakı, 22 aprel /Trend/
Onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan "Saxo Bank" treydinq ideyalarını fərdi müştərilərinə canlı video-yayım vasitəsilə çatdıracaq ilk investisiya şirkətidir.
"Saxo Bank" fərdi investorların fəaliyyəti üçün əsas maneəni aradan qaldırmaq məqsədilə ekspert və analitiklər komandasının treydinq bazarları haqda olan ideyalarından faydalanmaq imkanını təqdim edir. Bu addım institusional (təşkilatlar) və fərdi investorlar arasında bərabər şəraitli rəqabət mühitinin yaradılmasına xidmət edir ki, bu da "Saxo Bank"ın 20 ildən artıq reallaşdırdığı konsepsiyanın əsasını təşkil edir.
#SaxoStrats adını almış yeni xidmətdən "Twitter"də @SaxoStrats profilində faydalanmaq olar. Şirkət özünün yenilikçi ruhuna uyğun olaraq xidməti həm də "Twitter"in əsasən mobil platformalar üçün nəzərdə tutulmuş yeni canlı yayım tətbiqi olan "Periscope" proqramında da aktivləşdirəcək. Bankın ümumi fərdi treydinq fəaliyyətinin 1/5 hissəsi mobil cihazlarda həyata keçirilir ki, bunun da 60%-i smartfonların, 40%-i isə planşetlərin payına düşür. Müştərilər ticarət bazarları barədə daim məlumatlı olmağa can atırlar. #SaxoStrats xidməti məhz bu ehtiyacı qarşılamaq məqsədini daşıyır.
"Saxo Bank"ın Bazarlar departamentinin rəhbəri Klaus Nilsen bildirib: "Treydinq sahəsində bu yeniliyin çox böyük əhəmiyyəti var. Biz fərdi müştərilərimizə investisiya fəaliyyəti üçün çox güclü bir alət təqdim edirik. Müasir dövrdə texnoloji tərəqqi informasiyanı daha əlçatan edir ki, bunun sayəsində müştərilərimiz gəlir haqda sənədləri, müqayisə diaqramlarını rahatlıqla yükləyə və ya maliyyə xəbərlərini sadəcə internet vasitəsilə izləyə bilərlər. #SaxoStrats xidmətində müştərilərimizə gələcək sövdələşmələr üçün ideyalar, analitiklərimizin bazarların son durumuna olan baxışları və onların bu məlumatlar əsasında təqdim etdikləri sövdələşmələri təklif edirik".
"Fərdi investorlar daha məharətli treydinq vasitələrindən istifadəyə meyl edirlər. Onlar öz investisiya portfellərini bütövlükdə nəzərdən keçirərək maliyyə risklərindən sığortalanmaq üçün diversifikasiya vasitəsilə yeni aktivlərə yatırırlar. Bu fəaliyyətdə daha səmərəli nəticələrə nail olmaq üçün zaman və digər resurslar tələb edən hərtərəfli analiz gərəkdir ki, çox vaxt fərdi investorlar istənilən nəticəyə nail ola bilmirlər. Hazırda həddən artıq böyük həcmdə informasiyanın mövcud olduğu bir sınma nöqtəsinə çatmışıq və biz fərdi investorlara institusional investorların artıq uzun illərdir ki, faydalandığı təhlil olunmuş, maliyyə bazarlarının son durumunu və konkret treydinq ideyalarını özündə birləşdirən informasiya məcmusunu təklif edirik", - deyə K. Nilsen əlavə edib.
"Saxo Bank" platformalarında istifadə olunan bütün növ aktiv və məhsullar spektrini əhatə edən yeni xidmət bank ekspertlərinin treydinq ideyalarının canlı yayımını da özündə birləşdirir. Ekspertlər sırasına fyuçers və təyin edilmiş opsionlar üzrə Patris Eno (Patrice Henault), təsbit olunmuş gəlirlər üzrə Saymon Fasdal (Simon Fasdal) və Maykl Boy (Michael Boye), makro-strategiya üzrə Mads Koyfoyd (Mads Koefoed) və Key Van Piterson (Kay Van Peterson), fond bazarları üzrə Piter Qarnri (Peter Garnry), əmtəələr üzrə Ole Hansen (Ole Hansen) və "Forex" üzrə Con Hardi (John Hardy) daxildirlər.
Əmtəə, fond bazarları, qlobal makroiqtisadiyyat və FX barədə ən son analitik baxış və ideyaları əhatə edən video-yayımlardan "Saxo Bank"ın müştəriləri, "TradingFloor" saytının üzvləri, bankın sosial şəbəkələrdə səhifələrinin izləyiciləri faydalana bilərlər. Satıcı tərəfi təmsil edən analitiklərdən fərqli olaraq "Saxo Bank"ın ekspertləri etdikləri təkliflər üzrə özləri də sövdələşdiklərindən onların və müştərilərin maraqları tam üst-üstə düşür. Onlayn şəkildə həyata keçirilən investisiyaları linkdən izləmək olar: https://twitter.com/SaxoStrats
Əlavə məlumat üçün:
https://www.tradingfloor.com/analysis/saxostrats
"Saxo Bank" haqqında:
"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş " SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.