...

Səudiyyə Ərəbistanı nümayəndə heyəti "Bakı Ağ Şəhər"də olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 17:47 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində “Bakı Ağ Şəhər”də olub, burada görüşlmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olub.
Səudiyyə Ərəbistanı nümayəndə heyəti "Bakı Ağ Şəhər"də olub (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində "Bakı Ağ Şəhər"də olub, burada görüşlmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanından olan qonaqlara "Bakı Ağ Şəhər" layihəsi barədə ətraflı məlumat verilib. Qonaqlar, həmçinin Füzuli küçəsində ən müasir texnologiyaların tətbiqi ilə sürüşdürülməklə yeri dəyişdirilmiş memarlıq binası ilə tanış olublar.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkında olub, burada qonaqlar üçün sənaye parkının təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti