...

Səfir: Azərbaycan İndoneziya ilə malların birbaşa qarşılıqlı tədarükünü təşkil etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 14:11 (UTC +04:00)
Azərbaycan İndoneziya ilə malların birbaşa qarşılıqlı tədarükünü təşkil etmək niyyətindədir.
Səfir: Azərbaycan İndoneziya ilə malların birbaşa qarşılıqlı tədarükünü təşkil etmək niyyətindədir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycan İndoneziya ilə malların birbaşa qarşılıqlı tədarükünü təşkil etmək niyyətindədir. Trend-in "The Jakarta Post"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev deyib.

O bildirib ki, Azərbaycan İndoneziya ilə ticarəti gücləndirmək istəyir və bu ölkənin iqtisadiyyatına investisiya yatırmaq üçün yeni imkanlar axtarır: "Hazırda iki ölkə arasında ticarət üçüncü ölkələr (BƏƏ vəTürkiyə) vasitəsilə həyata keçirilir. İndoneziya məhsullarının - məsələn, mebelin keyfiyyəti və qiyməti olduqca yaxşıdır. Buna görə də indoneziyalı tərəfdaşlarla birbaşa əlaqə qurmaq üçün investorlarımıza kömək etmək istəyirik. Azərbaycan İndoneziyadan təkcə idxalı artırmaq deyil, həm də öz məhsullarını, məsələn, meyvə-tərəvəz, pambıq, kimya və digər məhsullarının ixrac tədarüklərini genişləndirmək istəyir".

Səfir əlavə edib ki, azərbaycanlı investorlar kifayət qədər təcrübələri olduqları sahələrə - neft emalı, infrastrukturun yaradılması, kənd təsərrüfatına vəsait yatırmaq istəyirlər.

İndoneziya Sənaye Nazirliyinin beynəlxalq sənaye təhlükəsizliyi üzrə baş direktoru Əhməd Sigit Dvivahcono bildirib ki, Indoneziya Azərbaycanın şin istehsalçılarına təbii kauçukun satışını təşviq etməkdə maraqlıdır.

Hazırda Azərbaycan İndoneziya kauçuklarını digər ölkələrdən alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti