...

"British Airways" uçuş coğrafiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 18:01 (UTC +04:00)
“British Airways” aviaşirkəti Londondan Malayziyanın paytaxtı Kuala-Lumpura birbaşa reyslərə başlamaqla uçuş coğrafiyasını genişləndirir.
"British Airways" uçuş coğrafiyasını genişləndirir

"British Airways" aviaşirkəti Londondan Malayziyanın paytaxtı Kuala-Lumpura birbaşa reyslərə başlamaqla uçuş coğrafiyasını genişləndirir.

"British Airways"in yeni açılmış istiqaməti üzrə ilk təyyarəsi mayın 28-də Kuala-Lumpur beynəlxalq hava limanında yerli vaxtla 14:35-də eniş edib. Uçuşlar gündəlik olaraq növbəli şəkildə uzun məsafələrə uçuş üçün nəzərdə tutulmuş və sərnişinlərə dörd sinif salon - mükafatlara layiq görülmüş yataqlarla təchiz olunmuş Birinci sinif və "Club World" biznes kabinələri, "World Traveller Plus" premium ekonom və "World Traveller" ekonom kabinələri - təklif edən Boeing 777-200ER təyyarəsi vasitəsilə həyata keçirilir.

Hollivud aktrisası Tan Sri Mişel Yeo, dünyaca tanınmış malayziyalı dəb dizayneri Datuk Cimmi Ço və britaniyalı super-model Corciya Mey Caqqerin iştirakı ilə "British Airways"in Malayziya istiqamətində uçuşlarının başlanmasına həsr olunmuş və cümə axşamı Kuala-Lumpurda keçirilən nağıl mövzulu foto sessiya şirkətin bu yeniliyinə əlavə qlamur və parlaqlıq qatıb.

Kuala-Lumpur möcüzəli bir məkandır. Burada gəzməli-görməli çox yer var: bütün şəhər boyunca səpələnmiş tarixi abidələr, çoxlu incəsənət qalereyaları, tanınmış qida mağazalarının yerləşdiyi küçələrdə ləziz delikateslərdən dadmaq olar.

Yeni reysin açılışını təntənəli şəkildə qeyd etmək üçün "British Airways" 28 may - 30 noyabr aralığında Kuala-Lumpurdan London, Böyük Britaniya və Avropaya uçuşlara 860 ABŞ dollarından başlayan xüsusi qiymətlər təklif edir.

Əlavə məlumat üçün "British Airways"in veb-səhifəsini ziyarət edin: ba.com

"British Airways" haqqında:

• A380 təyyarəsi Londonun Hitrou hava limanının 5-ci terminalından San-Fransisko istiqamətində həftədə 5 dəfə olmaqla uçuşlar yerinə yetirəcək. Yeni A380-nin xidməti ilə "British Airways" aviaşirkəti San-Fransisko istiqamətində ümumilikdə artıq həftədə 14 uçuş həyata keçirəcək;
• "British Airways" 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir;
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir;
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir;
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır;
• "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir;
• "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır;
• "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti