...

Beynəlxalq Sığorta Şirkəti yenidən keyfiyyət sertifikatını alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2015 13:31 (UTC +04:00)
Bu ilin 25-26 may tarixlərində Beynəlxalq Sığorta Şirkətində növbəti dəfə keyfiyyətin idarəetmə sisteminin ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı təkrar sertifikatlaşdırma auditi keçirilib.
Beynəlxalq Sığorta Şirkəti yenidən keyfiyyət sertifikatını alıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bu ilin 25-26 may tarixlərində Beynəlxalq Sığorta Şirkətində növbəti dəfə keyfiyyətin idarəetmə sisteminin ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı təkrar sertifikatlaşdırma auditi keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, audit yoxlaması SGS şirkətinin Bakı ofisi tərəfindən aparılmışdır.

Şirkət, 2006-cı ildə ilk dəfə ISO 9001:2000 Beynəlxalq Standartına uyğunluq barədə sertifikat almışdır. 2006-cı ildən 2015-ci ilədək Beynəlxalq Sığorta Şirkətində "SGS Kazakhstan Ltd", "SGS Tashkent Ltd", "SGS Azeri Ltd" şirkətlərinin aparıcı auditorları tərəfindən hər il yoxlama keçirilib.

Beynəlxalq Sığorta Şirkəti builki auditi də müvəffəqiyyətlə keçərək, artıq dördüncü dəfə ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluq barədə sertifikat almaqla, növbəti dəfə Şirkətdə keyfiyyətin idarəetmə sisteminin effektiv təşkil edildiyini və onun beynəlxalq standartlara uyğunluğunu təsdiq etmişdir. Audit hesabatında Şirkət rəhbərliyinin liderliyi, keyfiyyət üzrə mütəxəssisin yüksək hazırlığı və fəaliyyəti, Şirkətin keyfiyyətin idarəetmə sisteminin inkişafında əməkdaşların peşəkarlığı, "INSURE-AZ" proqram təminatı bazasında korporativ elektron sistemin effektiv tətbiqi, keyfiyyətin idarəetməsi üzrə sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi sahəsində işin standartlara uyğun təşkili kimi pozitiv müşahidələr xüsusilə əks etdirilib.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir. Şirkətin Nizamnamə kapitalı 14.800.000 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti