...

Azərbaycanda vergi siyasətinin səmərəliliyini artırmaq yolları müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2015 13:47 (UTC +04:00)
Vergilər Nazirliyi vergi sisteminin inkişafının gələcək istiqamətlərini müəyyənləşdirib.
Azərbaycanda vergi siyasətinin səmərəliliyini artırmaq yolları müəyyənləşib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Vergilər Nazirliyi vergi sisteminin inkişafının gələcək istiqamətlərini müəyyənləşdirib. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-praktik konfransda deyib.

Onun sözlərinə əsasən, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının məqsədlərinə çatmaq üçün vergi sistemi qarşısında vacib vəzifələr dayanır: "Bununla əlaqədar Vergilər Nazirliyi 22 strateji məqsəd müəyyənləşdirib və hazırda onlara nail olmaq üçün fəal iş aparılır".

Vergilər Nazirliyi 2021-ci ilədək 22 strateji məqsədə nail olmaq üçün vergi sistemində 85 tədbirin reallaşdırılmasını planlaşdırır. Bura Azərbaycanın vergi qanunvericiliyinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin reallaşdırılması və onu Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, elektron auditin inkişafı, nağdsız hesablaşmaların stimullaşdırılması, elektron kommersiya çərçivəsində vergi nəzarətinin təşkili və s. daxildir.

Ə.Məmmədov qeyd edib ki, bu məqsədlər vergi siyasətinin səmərəliliyini artırmaq üçün yeni elmi praktiki ideyalar, eləcə də elmi araşdırmalar tələb edir. Nazirlik rəsmisi müşavir vergi əməkdaşlarının ixtisaslarının artırılması üzrə işlərin vacibliyini vurğulayıb və əlavə edib ki, 2014-cü ildə vergi orqanları əməkdaşlarının 63 faizi müvafiq tədris alıblar: "Konfransın əsas məqsədi elmi işçilər və vergi orqanları əməkdaşları arasında əməkdaşlığın yaradılmasıdır. Qarşımıza qoyulan məqsədlərə elmi metodlarla çatmaq istəyirik, buna görə də elm və vergi sistemi arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti