...

Azərbaycanın işgüzar aviasiya operatoru sürətli biznes-jet aldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2015 09:51 (UTC +04:00)
"Silk Way Group"a daxil olan "Silk Way Business Aviation" işgüzar aviasiya operatoru iyunun 11-də "Gulfstream G650" yüksək qabaritli, yüksək sürətli biznes-cet alıb ki, bununla da bu növ təyyarələrin sayını ikiyə çatdırıb.
Azərbaycanın işgüzar aviasiya operatoru sürətli biznes-jet aldı (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Silk Way Group"a daxil olan "Silk Way Business Aviation" işgüzar aviasiya operatoru iyunun 11-də "Gulfstream G650" yüksək qabaritli, yüksək sürətli biznes-cet alıb ki, bununla da bu növ təyyarələrin sayını ikiyə çatdırıb. İlk "Gulfstream G650" cari ilin martında Bakıya gətirilib.

"Silk Way Business Aviation"ın direktoru Böyükağa Quliyev bildirib ki, ikinci "Gulfstream G650" təyyarəsinin əldə edilməsi uçuş coğrafiyasını xeyli genişləndirməyə və qonşu regionlardan yeni müştərilərin cəlb edilməsinə imkan verəcək: "Gulfstream G650", əsasən, "ağa təyyarəsi" kimi istifadə olunur və adətən, icarəyə verilmir. Layihəmizin unikallığı ondan ibarərdir ki, bu təyyarə yalnız bazarın premium sektoru üçün nəzərdə tutulub, burada onun faktiki olaraq rəqibləri yoxdur. Bu bizə yeni hüdudlara çatmağa və İşgüzar Aviasiyanın dünya səhnəsində mövqelərimizi möhkəmləndirməyə kömək edəcək".

2007-ci ildə təsis edilən "SW Business Aviation" biznes-aviasiyanın ən iri operatorlarından biridir və Avropa İşgüzar Aviasiya Assosiasiyasına (EBAA) daxildir. Şirkət öz tarixinə "Gulfstream G450" əldə etməklə başlayıb, sonra isə flot G550, G280 və G200 təyyarələri ilə zənginləşib. Hazırda "Silk Way Business Aviation"ın parkı müxtəlif növ 8 "Gulfstream" təyyarəsindən ibarətdir. Şirkətin aviaparkında "Gulfstream"dan başqa, reaktiv "Boeing 727" və VIP konfiqurasiyalı regional turbovintli "ATR-42-500" də var.

2014-cü ilin nəticələri üzrə "SW Business Aviation"ın trafikinin artımı təqribən 30 faiz təşkil edib. "SW Business Aviation"ın ən tələbat olan istiqamətləri arasında Moskva, London, Dubay və İstanbul kimi şəhərlər var.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında İşgüzar Aviasiyanın təyyarələri üçün 40 parklama yeri ayrılıb ki, bu da Birinci Avropa Oyunlarına gəlmək istəyənlərin hamısını problemsiz qəbul etməyə imkan verəcək.

Həmçinin, bütün xarici çarter və biznes reysləri üçün eksklüziv agent olan "SW Business Aviation" hər gün təqribən 7 reysə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti