...

“Amrahbank” banklararası futzal turnirinin qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2015 17:43 (UTC +04:00)
ABU ARENA idman kompleksində Bakı Banklararası Valyuta Birjasının (BBVB)təşkilatçılığı ilə keçirilən banklararası “Bahar “ kuboku futzal turnirinin final mərhələsi başa çatdı.
“Amrahbank” banklararası futzal turnirinin qalibi olub

Azərbaycan, Bakı, 12 iyun /Trend/

ABU ARENA idman kompleksində Bakı Banklararası Valyuta Birjasının (BBVB) təşkilatçılığı ilə keçirilən banklararası "Bahar " kuboku futzal turnirinin final mərhələsi başa çatdı.

Bankdan Trend-ə verilən məlumata əsasən, güclü oyun nümayiş etdirən "Amrahbank"ın fufbol komandası rəqibini 8:3 hesabı ilə məğlub edərək çempion oldu. Komandanın rəqibi isə Muganbank komandası idi.

Qeyd edək ki, "Amrahbank" komandası üstün oyunu ilə seçilərək heç bir matçda məğlubiyyətə uğramadan final mərhələsinə qədər çatdı. Turnir zamanı "Amrahbank" komandasının kapitanı Rüfət Hüseynov 21 qolla turnirin bombardiri oldu və bu məqsədlə BBVB-nin xüsusi hədiyyəsi ilə təltif olundu.

Oyundan sonra çempion olmuş "Amrahbank" futbol komandasına turnir təşkilatçıları tərəfindən Turnirin birinciliyini təsdiq edən kubok təqdim olundu. Təqdimetmə mərasimində həm təşkilatçılar, həm də azarkeşlər çıxış edərək komandamızı qazandıqları qələbə münasibətilə təbrik etdilər, onlara uğurlar arzuladılar.

Qeyd edək ki, yarışda "Amrahbank"ın 200-dən çox əməkdaşı komandaya dəstək məqsədilə azarkeşlik edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti