...

AXA MBASK-dan "Yaxşı sürücü" sosial layihəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2015 11:52 (UTC +04:00)
AXA MBASK Yevlaxda və Tovuzda "Yaxşı sürücü" adlı sosial layihə həyata keçirib.
AXA MBASK-dan "Yaxşı sürücü" sosial layihəsi

Azərbaycan, Bakı, 16 iyun /Trend/

AXA MBASK Yevlaxda və Tovuzda "Yaxşı sürücü" adlı sosial layihə həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, AXA MBASK sığorta şirkəti ölkəmizin yollarında və küçələrində təhlükəsizliyin təmin edilməsi probleminin xüsusi aktuallığını nəzərə alaraq, regionlarda yol hərəkətinin təhlükəsizliyi üzrə "Yaxşı sürücü" adlı sosial layihənı dəvam etdirir.

"Yaxşı sürücü" sosial layihəsinin məqsədi yol hərəkəti iştirakçılarının yollarda məsuliyyətli davranışını stimullaşdırmaq, eləcə də vicdanlı və məsuliyyətli sürücüləri həvəsləndirməkdir.

Belə ki, layihə çərçivəsində yerli hakimiyyət organların və Dövlət Yol Polisi bölmələrin dəstəyi ilə AXA MBASK şirkətinin nümayəndələri Yevlax və Tovuz şəhərlərində yol hərəkətinin intensiv olduğu küçələrdə və prospektlərdə sürücülərə yolda davranışın əsas qaydaları haqqında məlumat vərəqələri paylayıblar.

Sürücülərə həmçinin məlumat verildi ki, elementar yol hərəkəti qaydalarına riayyət etməməsi, avtomobildə təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməməsi yol-nəqliyyat hadisələrinin və bu hadisələr nəticəsində yaranan travmaların əsas səbəbləridir.

Qeyd etmək lazımdır ki, gələcəkdə AXA MBASK bu sosial təşəbbüs çərçivəsində məsuliyyətli sürücülər üçün yeni xüsusi sığorta proqramları işlənib hazırlayacaq, paytaxtda və regionlarda təhlükəsiz avtomobil idarə etmə mədəniyyətinin aşılanmasına və tətbiq edilməsinə yönəlmiş, uşaqları və böyükləri əhatə edən müntəzəm tədbirlər həyata keçirəcək.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK, SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi səkkiz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti