...

Şahin Mustafayev Şamaxıda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2015 19:02 (UTC +04:00)
İyunun 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şamaxıda Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Şahin Mustafayev Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şamaxıda Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Şamaxı Olimpiya İdman Kompleksində (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax şosesi, 119-cu km) keçiriləcək.

Qəbula gəlmək istəyənlər qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Dağlıq Şirvan regional bölməsi (ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu: (02026) 5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və Sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti