...

"Unibank" müştəriləri üçün "Şəxsi kabinet"i təkmilləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2015 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Unibank" müştərilərinin daha bir istəyini reallaşdırdı. Bankdan Trend-ə verilən məlumata görə, indi ALBALI PLUS ( ALBALI) kartına sahib olan hər kəs "Şəxsi kabinet"ə daxil olaraq, kartı ilə bağlı suallarına cavab tapa biləcək.

Daha da təkmilləşdirilən vahid "Şəxsi kabinet" kart sahiblərinə müxtəlif xidmətlər təklif edir. Bəs təkmilləşdirilən şəxsi kabinetdə müştəriləri hansı yeniliklər gözləyir?

- Kart üzrə növbəti ödəniş tarixini bilmək
- Keçmiş ödənişləri və ödənilən məbləğlərin hesabdan necə silindiyini görmək
- Gələcək taksit qrafiki və necə formalaşdığınının şahidi olmaq
- Şəxsi e-mail ünvanınızı daxil etmək və dəyişmək

Xatırladaq ki, ALBALI PLUS (ALBALI) kart istifadəçiləri şəxsi kabinet vasitəsi ilə kart üzrə ödənişləri, minimal ödənilən məbləğ və ödəniş qrafıkını, ümumi borcu, kartın və kreditin müddətini və bu kimi bir çox digər məlumatları öyrənirlər. Şəxsi kabinetə günün istənilən vaxtı albali.az və unibank.az saytı vasitəsi ilə daxil olmaq mümkundür. Bunun üçün ALBALI PLUS (ALBALI) kartlarının son 8 rəqəmi və şəxsiyyət vəsiqənizin PİN kodu tələb olunur.

"Unibank" müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq "Unibank" müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti