...

Azərbaycanın iri bankının Müşahidə Şurasına yeni sədr təyin edilib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 17:56
Mir Camal Paşayev "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilib.
Azərbaycanın iri bankının Müşahidə Şurasına yeni sədr təyin edilib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:10-da yayılıb)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Azad Həsənli/

Mir Camal Paşayev "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilib. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.

Bundan əvvəl bu vəzifəni Ağa Əli Kamalov tutub. Bundan başqa, daha əvvəl Müşahidə Şurasının üzvü olmuş Arif Paşayev postunu tərk edib.

Saytın xəbərinə görə, A.Paşayev bankın səhmlərinin 10 faizinin sahibi olaraq qalır. Qalan pay "PAŞA Holdinq" (60 faiz) və "Ador Ltd" (30 faiz) arasında bölüşdürülüb.

Hazırda Müşahidə Şurasının tərkibinə Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı və Kəmalə Nuriyeva daxildir.

Daha əvvəl "PAŞA Bank"ın rəhbərliyində baş vermiş kadr dəyişikliyi nəticəsində Taleh Kazımov bankın İdarə heyətinin sədri təyin edilmişdi, Şirin Əliyev və Aydın Atakişiyev isə bankın İdarə heyətinin tərkibinə daxil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti