...

“Bank Standard” istehlak kreditlərində komissiya faizini 1%-dək endirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2015 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

"Bank Standard" istehlak kreditlərində komissiya faizini 1%-dək endirib.

"Bank Standard" hər zaman olduğu kimi öz müştərilərinə geniş məhsul və xidmət növləri ilə bərabər, sərfəli şərtlərlə kredit məhsullarını təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, Bank bu gün də öz prinsiplərinə sadiq qalaraq istehlak kreditləri üzrə komissiya faizini 1%-dək endirib illik faiz dərəcəsini dəyişməz olaraq saxlayır. Beləliklə, "Bank Standard" müştərilərinə illik faiz dərəcəsi 20%-dən başlayan istehlak kreditlərindən vaxt itirmədən yararlanmağı təklif edir.

Daha ətraflı məlumatı rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti