Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Azad Həsənli/
"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə hazır olmasından xəbər verir".
Bunu Trend-ə iqtisad elmlər doktoru, Nazirlər Kabinetinin Qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev deyib.
Onun sözlərinə görə, Aİ bir daha təsdiq etdi ki, Azərbaycanın reallaşdırdığı layihələri dəstəkləyir və ölkəmizlə strateji tərəfdaş kimi əməkdaşlığı gücləndirməyə hazırdır.
O.Haqverdiyev bildirib ki, əgər D.Tusk səviyyəsində insan Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışırsa, deməli, Azərbaycanın layihələrinin reallaşdırılmasına heç nəyin mane olmayacağına şübhə etməmək olar.