...

Azərbaycanda bankda kadr dəyişikliyi oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2015 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Azad Həsənli/

"Azər-Türk Bank" ASC-nin rəhbərliyində baş verən dəyişiklik nəticəsində Afiq Xudayev bankın İdarə Heyətinin üzvü təyin edilib.

Bankdan Trend-ə verilən məlumata əsasən, müvafiq qərar "Azər-Türk Bank"ın İdarə Heyətinin sədr müavini Fərhad Adıgözəlov müvəqqəti İdarə Heyəti sədr vəzifəsinə təyin edildikdən sonra qəbul edilib.

A.Xudayev bankın baş direktorlarından biridir.

Beləliklə, bankın idarə heyəti bu tərkibdədir: İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərhad Adıgözəlov, İdarə Heyəti sədr müavini Rumiyə Məmmədova, İdarə Heyəti üzvü Afiq Xudayev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti