...

Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri aşağı salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2015 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Azad Həsənli/

Azərbaycan bankları tərəfindən il ərzində milli və xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcələri aşağı salınıb.

Trend-in məlumatın əsasən, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin I yarısının yekunlarına həsr edilmiş hesabatında deyilir.

2015-ci il iyun ayında milli valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 13,98 faiz təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 14,05 faiz olub. 2014-cü ilin iyun ayında kreditlər üzrə orta faiz dərəcəsi 14,13 faiz, 2015-ci ilin əvvəlində isə 14,07 faiz olub.

İyunda sərbəst konversiya edilən valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 12,47 faiz olub. Ötən ay bu göstərici 12,64 faiz təşkil edib. Ötən ilin iyun ayında orta faiz dərəcəsi 14,84 faiz, 2015-ci ilin əvvəlində isə 14,07 faiz olub.

Hüquqi şəxslərin milli valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 9,89 faiz təşkil edib. Bu göstərici bu ilin may ayında 9,76 faiz, 2014-cü ilin iyun ayında 10,89, 2015-ci ilin əvvəlində isə 9,99 faiz təşkil edib.

İyunda korporativ şəxslərin sərbəst konversiya edilən valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 8,8 faiz təşkil edib.

Bu göstərici bu ilin may ayında 8,81 faiz, 2014-cü ilin iyun ayında 10,53, 2015-ci ilin əvvəlində isə 9,18 faiz təşkil edib.

İyunda fiziki şəxslərin milli valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 18,22 faiz təşkil edib. Bu göstərici bu ilin may ayında 18,46 faiz, 2014-cü ilin iyun ayında 18,04, 2015-ci ilin əvvəlində isə 18,53 faiz təşkil edib.

İyunda fərdi şəxslərin sərbəst konversiya edilən valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 20,58 faiz təşkil edib. Bu göstərici bu ilin may ayında 20,96 faiz, 2014-cü ilin iyun ayında 21,43, 2015-ci ilin əvvəlində isə 21,52 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti