Azərbaycan, Bakı, 25 avqust /Trend/
Asiya İnkişaf Bankın (AİB-in) təklif etdiyi Elektrik Enerjisinin Paylanmasının İnkişafına dair İnvestisiya Proqramı üçün kredit üzrə fakt araşdıırıcı missiyası 24 avqust-7 sentyabr tarixində Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Missiyaya AİB-in enerji məsələləri üzrə baş mütəxəssisi Tianhua Luo rəhbərlik edəcək. Missiya Azərbaycan hökuməti və Azərişıq ASC ilə layihənin design, outputs, qiyməti, maliyyələşdirmə və həyata keçirilmə planına, satınalma məsələlərinə, safeguards və digər məsələlərə aid olan sənədlərin müzakirəsini aparacaq.
Missiyanın gəlişi respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədi ilə AİB və Azərbaycan hökuməti arasında 5 may 2015-ci ildə Bakıda keçirilən AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində imzalanmış anlaşma memorandumunun nəticəsidir.
AİB təklif etdiyi investisiya proqramını 750 milyon dollar məbləğində Çoxtranşlı Maliyyələşmə Mexanizmi vasitəsilə dəstəkləyəcək. Proqramın ilk mərhələsi üçün 250 milyon dolların ayrılması nəzərdə tutulur. Vəsait elektrik xəttlərin və yarım stansiyaların yenilənməsi və təkmilləşməsi, rəqamsal electric sayğacların quraşdırılması üçün xərclənəcək. Azərişıq ASC-nin operator və maliyyə potensialının inkiçaf etdirilməsi də proqramda nəzərdə tutulur.
Azərbaycan hökumətin investisiya proqramı çərçivəsində 250 milyon dollar xərcləyəcəyi gözlənilir.
Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılmışdır, 48-zi Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2014-cü ildə AİB-ın ümumi yardımı 22,9 milyard dollar olub. Bundan 9,2 milyard dollar birgə maliyyələşdirməyə yönəldilib.