Elmar Məmmədov: "Azərbaycan Beynəlxalq Bankının gələcəyinə ən böyük zəmanət dövlətin dəstəyidir” (MÜSAHİBƏ)

Elmar Məmmədov: "Azərbaycan Beynəlxalq Bankının gələcəyinə ən böyük zəmanət dövlətin dəstəyidir” (MÜSAHİBƏ)

22 iyul 2015-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti yenidən formalaşdırıldı. İndi Beynəlxalq Bank qarşısında mühüm vəzifələr durur. Bankın yeni rəhbərliyinin gələcəyə baxışı necədir? Regionun ən böyük maliyyə qurumlarından olan bu bankın fəaliyyətində müsbət dəyişikliklərin baş verməsi üçün ilk mərhələdə hansı addımlar atılacaq? Trend-in məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Elmar Məmmədov müsahibəsində bu və ya digər məsələlərə aydınlıq gətirib...

- Elmar müəllim, Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyəti ilə bağlı strateji hədəflər nədən ibarətdir?

- Bildiyiniz kimi, 15 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Fərman imzalamışdır. Bu Fərman Bankın gələcək fəaliyyətini, yeni mərhələdə başlıca fəaliyyət strategiyasını müəyyən edən əsas sənəddir. Bu sənəddə dəqiq və konkret tapşırıqlar verilmişdir. İndiki mərhələdə Azərbaycan Beynəlxalq Bankının yerinə yetirməli olduğu əsas vəzifələr bu tapşırıqların icrasında aidiyyəti dövlət qurumlarına bacardığı köməyi göstərmək, Bank qarşısında müəyyən edilmiş tələbləri vaxtında və lazımi səviyyədə yerinə yetirməkdir.

- Bankın idarəetmə sistemində hər hansı islahatlar gözlənilirmi?

- Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bu vəzifələrin yerinə yetirilməsindən ötrü Bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların Bankın fəaliyyətinə cəlb olunması və s. bu kimi addımların atılması zəruridir. Bu baxımdan, Bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar, təbii ki, aparılacaq.

Bundan başqa, kredit növlərinə və məhsullarına yenidən baxılmasına, Bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən, burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, Bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur.

- Azərbaycan Beynəlxalq Bankının bir sıra xarici nümayəndəlikləri və törəmə müəssisələri fəaliyyət göstərir. Həmin qurumlar öz fəaliyyətini davam etdirəcəkmi?

- Bu suala konkret cavab vermək hələ, yəqin ki, bir qədər tezdir. Çünki bu kimi məsələlərin həlli əhatəli təhlillərdən asılıdır. Azərbaycan Beynəlxalq Bankının bütün xarici nümayəndəliklərinin və törəmə müəssisələrinin fəaliyyəti ətraflı şəkildə təhlil ediləcək. Onların fəaliyyətinin nə dərəcədə səmərəli olduğu müəyyənləşdiriləcək. Yalnız dəqiq bir qənaətdən sonra Bank üçün səmərəli sayılan qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi və ümumi strateji məqsədlərə uyğunlaşdırılması, yaxud fəaliyyəti ümumiyyətlə, lüzumsuz sayılanların gələcəyi ilə bağlı müəyyən adekvat qərarların verilməsi üzərində düşünmək olar.

- Bəs, Bankın filial şəbəkəsinin genişləndirilməsi, yaxud ixtisarı planlaşdırılırmı?

- Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı mühitində və ölkənin maliyyə bazarındakı banklararası sağlam rəqabət şəraitində istənilən bankın xidmət şəbəkəsinin optimal əsaslar üzərində qurulması çox mühümdür. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.

- Azərbaycan Beynəlxalq Bankında xidmət səviyyəsinin yüksəldilməsinə də ümid etməyə dəyərmi?

- Bu, ilk mərhələdən qarşıya qoyduğumuz əsas hədəflərdən biridir. Bankın xidmət şəbəkəsinin daha səmərəli şəkildə idarə olunması, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, korporativ mədəniyyət normalarına riayət olunması üçün yeni konsepsiya hazırlanır və ən yaxın zamanlardan etibarən bu konsepsiyanın tətbiqinə başlanacaq. Əlbəttə, cəmi bir neçə gün içində bu sahədə başqaları üçün bir nümunəyə çevriləcəyimizi söyləmək böyük iddia olardı. Hələ bu istiqamətdə görüləsi çox işlər var. Bununla belə, əminik ki, Azərbaycan Beynəlxalq Bankı da çox qısa zaman ərzində müştəri məmnuniyyətini öz fəaliyyətində əsas korporativ dəyərlərdən birinə çevirə biləcək.

- Xarici maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri davam etdiriləcəkmi?

- Azərbaycan Beynəlxalq Bankı xarici maliyyə institutları ilə əməkdaşlıq sahəsində çox zəngin tarixi ənənələrə malikdir və bu sahədə həmişə seçilib. Bank dünyanın 100-dən artıq maliyyə institutu ilə əməkdaşlıq edir. Bu faydalı əməkdaşlıq ənənələri yenə qorunur və əlaqələrin gələcəkdə də davam etdirilməsi istiqamətində mövcud vəziyyətə uyğun işgüzar müzakirələr aparılır. Azərbaycan Beynəlxalq Bankı xarici partnyorlarla münasibətlərin davam etdirilməsində maraqlıdır və hazırda ikitərəfli görüşlər keçirilərək gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilir.

- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması məsələsinə verilən şərhlər bu Bankda əmanəti olan müştərilərdə müəyyən narahatlıqlar da yaradıb. Bir çoxları belə hesab edir ki, özəlləşdirilmə tədbirləri onların Azərbaycan Beynəlxalq Bankında qorunan vəsaitlərinə müəyyən təhlükə yarada bilər. Bu narahatlıqların bir əsası varmı?

- Azərbaycan Beynəlxalq Bankı adından birmənalı şəkildə qeyd etmək istərdik ki, belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən Fərmanın məzmununu təhrif edir. Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət Bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. Azərbaycan Beynəlxalq Bankının Səhmdarlarının 22 iyul 2015-ci il tarixli Ümumi Yığıncağında seçilmiş yeni İdarə Heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində - yəni dörd il ərzində Bankın institusional inkişafı ilə məşğul olmaqdır.
Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.

Hazırda Banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm Bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək.

Fərmandan da göründüyü kimi, dövlət tərəfindən Azərbaycan Beynəlxalq Bankına dəstəkləyici tədbirlər davam etdirilir və Azərbaycan dövlətinin bu dəstəyi, Bankın gələcəyinə ən böyük zəmanətdir.

Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Loading Bars
Xəbər lenti
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Bütün xəbərlər