...

Samir Şərifov “G-20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2015 12:58 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov Ankarada “G-20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir.
Samir Şərifov “G-20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Maliyyə naziri Samir Şərifov Ankarada "G-20" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir.

Sentyabrın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində "Böyük İyirmiliyin" (G-20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası öz işinə başlayıb. İki gün davam edəcək toplantıda Azərbaycanın maliyyə naziri S.Şərifov da iştirak edir.

"G-20" ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin "G-20" qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Azərbaycan dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən "G-20" nin bu ilki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti